Saat:07:04
Haqqımızda

ABŞ-dan xəbərdarlıq: Əfqanıstanda Taliban hakimiyyətə gəlsə ölkə təcrid vəziyyətinə düşəcək…

2021-07-28 18:50:00

ABŞ-dan xəbərdarlıq: Əfqanıstanda Taliban hakimiyyətə gəlsə ölkə təcrid vəziyyətinə düşəcək…

Radikal Taliban hərəkatı Əfqanıstanda hakimiyyətə gəlsə, bu ölkə beynəlxalq aləmdə “təcrid” statusu ala bilər. "Reuters"in xəbər verdiyinə görə, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken bildirib.

Diplomat, Talibanın mülki əhaliyə qarşı sərt davranışı səbəbindən Kabulu belə bir aqibətin gözlədiyi xəbərdarlığını etdi və silahlıların mülki şəxslərə hücumları barədə artan xəbərlərin Ağ Evi narahat etdiyini qeyd etdi. Blinken, eyni zamanda rəsmiləri və Talibanı danışıqlar masasına oturmağa çağırdı.

24 iyulda ABŞ və Avropa Birliyi Əfqanıstandakı hücumu dayandırması üçün Talibana müraciət ünvanlayaraq, rəsmi Kabulla danışıqlara başlamağı, şiddəti dayandırmağı və mülki insanları qorumağı da tələb etdi. Pentaqon bəyan edib ki, Taliban Əfqanıstan bölgələrinin yarısından çoxuna nəzarət edir.

Hazırladı: Ülviyyə Şükürova

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR