Saat:07:18
Haqqımızda

ABŞ-dan Ukraynaya yeni 800 milyon dollarlq hərbi yardım paketi anonsu

2022-08-19 11:31:00

ABŞ-dan Ukraynaya yeni 800 milyon dollarlq hərbi yardım paketi anonsu

Bayden administrasiyası Ukraynaya təqribən 800 milyon dollar məbləğində əlavə hərbi yardım hazırlayır və bunu cümə günü elan edə bilər.
"Yevropeyskaya pravda"nın yazdığına görə, bu barədə “Reuters” məsləyə vaqif olan üç mənbəyə istinadən xəbər verir.
Mənbələrin bildirdiyinə görə, Bayden prezidentə ABŞ silah ehtiyatlarından əlavə miqdarda  silah ayrılmasına icazə vermək üçün səlahiyyətindən istifadə edərək yardımı təsdiq edəcək. Həmsöhbətlər qeyd ediblər ki, rəsmi təsdiq gələn həftə verilə bilər. Onlar həmçinin xəbərdarlıq ediblər ki, yardım paketinin dəyəri dəyişə bilər.
Xatırladaq ki, avqustun 17-də Ukraynanın müdafiə naziri Aleksiy Reznikov ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə söhbətindən sonra ABŞ-dan yeni təhlükəsizlik yardımı alacağını açıqlamışdı.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR