ABŞ-dan Ukrayna və İsrail üçün daha 118 milyard dollar yardım
2024-02-05 13:16:44

ABŞ Senatı Ukrayna və İsrailə yardımı da əhatə edən 118 milyard dollarlıq sərhəd təhlükəsizliyi qanun layihəsini təqdim edib.
Hurriyyet.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.
Layihədə cənub sərhədlərinin təhlükəsizliyinə 20,2 milyard dollardan əlavə, qanun layihəsi Ukraynaya Rusiya ilə müharibədə dəstək üçün 60 milyard dollar, İsrailə təhlükəsizlik yardımı üçün 14,1 milyard dollar, ABŞ Mərkəzi Komandanlığı və Qırmızı dəniz münaqişəsi üçün 2,4 milyard dollar və 4,8 milyard dolları əhatə edir.
Bizimxeber.az
