ABŞ-dan Türkiyə ilə bağlı açıqlama: Ankara Bəşər Əsəd ilə münasibətləri normallaşdırarsa...

2022-08-26 22:18:00

ABŞ-dan Türkiyə ilə bağlı açıqlama: Ankara Bəşər Əsəd ilə münasibətləri normallaşdırarsa...

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, ABŞ XİN mətbuat katibinin müavini Vedant Patel Türkiyənin Suriya ilə münasibətlərinin normallaşmasına qarşı olduqlarını bildirib.

Türkiyə Prezidenti R.T.Ərdoğan keçən həftə Ukraynaya səfərdən geri qayıdarkən jurnalistlərə açıqlamasında demişdi: “Bizim Bəşər Əsədi məğlub eləmək, eləməmək  kimi bir dərdimiz yoxdur. Dövlətlər arasında siyasi dialoq və ya diplomatiyanı kəsib atmaq olmaz”.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu da Suriya ilə Türkiyənin kəşfiyyat təşkilatları arasında təmasların oduğunu, Türkiyənin Suriya ilə dialoq üçün ilkin şərtlər irəli sürmədiyini deyib.

R.T.Ərdoğan ilə B.Əsəd arasında danışıqların baş tuta biləcəyi ehtimalı səsləndiriləndən sonra ABŞ bundan narahat olub. ABŞ XİN mətbuat katibinin müavini Vedant Patel Türkiyə ilə digər ölkələrin Suriya ilə münasibətlərini normallaşdırmasına qarşı olduqlarını bildirib.

Jurnalistlərin Türkiyə ilə Suriyanın yaxınlaşması ilə bağlı suallarına cavab verən Patel deyib: “ABŞ-ın Əsəd rejimi ilə diplomatik münasibətləri normallaşdırmaq məqsədi yoxdur və digər ölkələrin də münasibətlərini normallaşdırmasını dəstəkləmirik”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.074247