ABŞ-dan Türkiyə ilə bağlı açıqlama

2023-02-20 10:49:00

ABŞ-dan Türkiyə ilə bağlı açıqlama

“Türkiyə ilə Birləmiş Ştatları NATO-da müttəfiqlik və uzunmüddətli tərəfdaşlıq əlaqələri bağlayır”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin açıqlamasında Türkiyə ilə Birləmiş Ştatları NATO-da müttəfiqlik və uzunmüddətli tərəfdaşlıq əlaqələri bağladığı, 6 fevral tarixində baş vermiş zəlzələnin nəticələrini ləğv eləmək üçün ABŞ-ın Türkiyəyə yardıma davam elədiyi bildirilir.

Bəyanatda deyilir: “ABŞ ilə Türkiyə böhranlar dövründə bir-birinə qarşılıqlı yardım etmək, həmçinin regional təhlükəsizlik və inkişaf maraqları sahəsində əməkdaşlıq sahələrində zəngin tarixə malikdirlər”.

Qeyd edilir ki, 1952-ci ildə NATO üzvü olan Türkiyə Əfqanıstan, İraq və Balkan yarımadası da daxil olmaqla, bütün dünyada alyansın missiyasını dəstəkləyir.

Dövlət Departamanetinin açıqlamasında ABŞ-ın Dövlət katibi Entoni Blinken ilə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun 2023-cü il 18 yanvar tarixində Amerika-Türkiyə strateji mexanizmi mövzusunda dördüncü iclası keçirdikləri qeyd edilib.

Qeyd edək ki, Blinken “Tvitter” səhifəsindəki açıqlamasında ABŞ-ın indiyə qədər Türkiyədə zəlzələdən zərər çəkənlərə 185 milyon dollar dəyərində humanitar yardım göndərdiyi bildirilir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.162464