ABŞ-dan təklif: “Ərdoğan Nobel Sülh Mükafatına layiqdir”

2022-08-01 11:16:00

ABŞ-dan təklif: “Ərdoğan Nobel Sülh Mükafatına layiqdir”

Hurriyyet.az “Anadolu Agentlyi”nə istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş müşaviri Dov S.Zakhaym Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına layiq olduğunu yazıb.

Zakhaymın “The Hill” nəşrində dərc edilmiş məqaləsinin başlığı belədir: “Türkiyə Prezidenti Ərdoğanın zəfəri”.

Zakhaym Ukrayanın taxıl ixracı dəhlizinin açılması və immiqrasiya məsələlərində Prezident Ərdoğanın uğurlarından bəhs edib.

Zakhaym qeyd edib ki, Ukraynadakı müharibə dünyada milyonlarla insanı kütləvi aclıq və acından ölmək təhlükəsizilə üzbəüz qoymuşdu. Taxil dəhlizinin açılması isə bu təhlükənin qarşısını alır.

Xəbər verdiyimiz kimi, bu gün Odessa limanından ərzaqla yüklənmiş ilk gəmi İstanbul Koordinasiya Mərkəzinin nəzarəti altında Livana doğru yola çıxıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058718