ABŞ-dan Paşinyana zəng

2022-07-26 10:06:00

ABŞ-dan Paşinyana zəng

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət Departamentinin başçısı Entoni Blinken ilə telefonla danışıb. Bu barədə açıqlama Ermənistan hökumətinin saytında yerləşdirilib.

Blinken ilə Paşinyan Ermənistanla Azərbaycan arasında müharibədən sonrakı vəziyyətin nizamlanması, regional kommunikasiyaların açılışı, itkinlərin taleyi məsələlərini müzakirə ediblər. ABŞ-ın Dövlət katibi ABŞ-ın yuxarıda sadalanan bütün məsələlərin həllini dəstəkləməyə hazır olduğunu bildirib. Blinken 11 iyul tarixində Ermənistanın Baş naziri N.Paşinyan ilə Türkiyə Prezidenti R.T.Ərdoğan arasındakı telefon danışığını dəstəklədiyini bildirib, ABŞ-ın İrəvanla Ankara arasındakı münasibətlərin normallaşmasını dəstəkləməyə hazır olduğunu söyləyib.

Tərəflər dialoqu davam etdirmək barəsində razılaşıblar.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060963