ABŞ-dan Paşinyana zəng – “Qisas” əməliyyatından danışdılar

2022-08-05 21:58:00

ABŞ-dan Paşinyana zəng – “Qisas” əməliyyatından danışdılar

Hurriyyet.az “Vestnik Kavkaza” nəşrinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken bu gün telefonla danışıblar. Ermənistan tərəfinin yaydığı xəbərə görə, söhbətin mövzusu son günlər Qarabağda yaranmış vəziyyət olub. ABŞ-ın Xarici İşlər naziri narahatlığını bildirib və Vaşinqtonun yardıma hazır olduğunu söyləyib.

Xatırladaq ki, 3 avqust tarixində səhər saatlarında, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni hərbi birləşmələri tərəfindən açılan intensiv atəş nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

Bundan sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin apardığı “Qisas” antiterror əməliyyatını nəticəsində Qırxqız və Sarıbaba yüksəkliklərini və bir sıra digər mühüm mövqeləri nəzarət altına alıblar. Erməni terrorçularının canlı qüvvəsi və bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çox sayda silah-sursat zərərsizləşdirilib.

 

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060375