Saat:17:11
Haqqımızda

ABŞ-dan növbəti geri addım: Vaşinqton İranla 2015-ci ildə bağlanmış “nüvə sazişi”nə qayıdır

2021-09-20 19:27:00

ABŞ-dan növbəti geri addım: Vaşinqton İranla 2015-ci ildə bağlanmış “nüvə sazişi”nə qayıdır


ABŞ BMT Baş Assambleyası çərçivəsində İranla bağlanan “nüvə sazişi”nə qayıtmağı müzakirə etmək qərarına gəlib.
 
Məlumatı ABŞ Dövlət Departamenti yayıb.
 
 Məlumata görə, Vaşinqton İranla nüvə razılaşmasının həyata keçirilməsinə qayıtma ehtimalını müzakirə etmək niyyətindədir.
 
Birləşmiş Ştatlarla Təhlükəsizlik Şurasının beş ortağı və Almaniya Federativ Respublikası arasında BMT Baş Məclisi çərçivəsində danışıqlar planlaşdırılır.
 
Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov nüvə anlaşmasından çıxan ABŞ -ın "İrana doğru ilk addımı atmalı, razılaşmaya qayıtmalı olduğunu" söyləmişdi.
 
Xatırladaq ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xatibzadə respublika hakimiyyətinin nüvə razılaşması ilə bağlı danışıqların Avstriyanın paytaxtında tezliklə danışıqlara başlayacağını bildirmişdi. O, "mümkün olduqca  bu prosesi bir dəqiqə belə, gecikdirməməyə çalışacağıq", - demişdi.
 
ABŞ İranı nüvə silahı daşıya bilən raket sınağında günahlandırır. Tehran iddia edir ki, raket proqramı müdafiə məqsədi daşıyır və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmur.

Qeyd edək ki, Qərb mütəxəssisləri İranın uzağı 1 aydan sonra nüvə silahı istehsal edə biləcək imkana qovuşacağını proqnozlaşdırırdılar. \\Ovqat.com 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR