ABŞ-dan İrana qarşı yeni sanksiyalar – Tehranı Rusiyaya PUA satışında ittiham edir

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, bu gün ABŞ Maliyyə Nazirliyi İranın daha 7 nəfər vətəndaşına qarşı sanksiyalar tətbiq edildiyini açıqlayıb – onlar Rusiya Federasiyasına silah satışında şübhəli hesab edilirlər.
Nazirliyin açıqlamasında deyilir: “Amerika sanksiyaları altında olan “Qüds Aviasiya Sənayesi” şirkətinin təmsilçilərinə və direktorlar şurasının üzvlərindən və rəhbərliyinin təmsilçilərindən olan daha 6 nəfərə qarşı məhdudiyyətlər qoyulub. “Qüds Aviasiya Sənayesi” şirkəti İranın müdafiə məhsllarının əsas istehsalçısıdır, pilotsuz uçuş aparatlarının hazırlanması və istehsalına cavabdehdir”.
Sanksiya siyahısına yeni salınmış yeddinci şəxs ölkənin Aerokosmik Sənaye Təşkilatının direktorudur – o, İranda ballistik raketlərin istehsalına nəzarətdə ittiham olunur.
ABŞ İranı Rusiyaya PUA satmaqda ittiham eləsə də, Rusiya ilə İran bu ittihamları rədd edirlər.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya