Saat:09:36
Haqqımızda

ABŞ-dan iddia: “Səfirliyə hücumu “Sepah” edə bilərdi”

2023-01-28 11:02:00

ABŞ-dan iddia: “Səfirliyə hücumu “Sepah” edə bilərdi”

Hurriyyet.az xəbər verir ki, Amerikanın Müharibə Təhqiqatı İnstitutu (Institute for the Study of War – ISW) İran İslam İnqilabı Keşikçiləri Korpusunu (“Sepah”) dünən Azərbaycanın Tehrandakı səfirliyinə edilən, bir nəfərin həlak olması, iki nəfərin yaralanması ilə nəticələnən hücumda müqəssir hesab edir.

İnstitutun ekspertlərinin fikrincə, dünən Tehran vilayət polisinə yeni rəisin təyin edilməsi təsadüfi deyil.

Azərbaycan səfirliyinə hücumdan bir neçə saat sonra İranın briqada generalı Əhməd Rza Radan Tehran vilayəti polis idarəsinin rəisi Hüseyn Rahimini vəzifəsindən azad edərək, onun yerinə Əlborz vilayətinin komandanı, briqada generalı Abbas Əli Məhəmmədini təyin edib. Analitiklər bildirirlər: “Bunun səfirliyə hücumla bağlı olub-olmadığı bəlli deyil. Lakin, Əhməd Radan yüksək vzifələrə etibarlı zabitləri təyin eləməyə çalışır”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR