ABŞ-dan Gürcüstana hərbi dəstək
“Bu qərar bir daha təsdiq edir ki, Gürcüstan ABŞ-ın strateji partnyorları siyahısındadır”-Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ABŞ Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyin "Javelin" raketlərinin və ona uyğun 30 milyon dəyərində hərbi avadanlıqların Gürcüstana mümkün satışını təsdiq etməsini belə qiymətləndirdi.
"ABŞ Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyinin 3 avqust tarixində Konqressə 46 atıcı qurğu ilə 82 ədəd "Javelin" zenit-raket kompleksini Gürcüstana təhvil verməsinə dair qəbul etdiyi qərar, ABŞ ilə hərbi əlaqələrimizin səviyyəsini göstərir. Bu bir daha Gürcüstanın ABŞ-ın strateji tərəfdaşı olan ölkələr siyahısında olduğunu vurğulayır", Cuanşer Burçuladze bildirir.
Qeyd edək ki, Gürcüstan ABŞ-dan 82 ədəd Javelin FGM-148 və 46 ədəd atıcı qurğu istəmişdi. Dövlət Departamenti müəyyən edib ki, mümkün saziş ABŞ-ın milli təhlükəsizlik və xarici siyasətinə ziddiyyət təşkil etmir.
Hazırladı: Ülviyyə Şükürova