Saat:20:16
Haqqımızda

ABŞ-dan etiraf: “Kabulda terrorçuları deyil, dinc sakinləri qətlə yetirmişik”

2021-09-18 13:43:00

ABŞ-dan etiraf: “Kabulda terrorçuları deyil, dinc sakinləri qətlə yetirmişik”

“Bağışlayın, uşaqları öldürdük”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) komandanı Kennet Makkenzi 29 avqust tarixində Kabul aeroportunun yaxınlığında həyata keçirdikləri hücum nəticəsində 10 nəfər dinc sakinin öldüyünü etiraf edərək, üzr istəyib. Makkenzi hücumla bağlı təhqiqatın nəticələrini açıqlayıb: “Bu hücum zamanı 7 nəfəri uşaq olmaqla, 10 nəfərə qədər dinc sakinin öldüyünü aşkar etdik. Həmçinin, bu hücumun hədəfindəkilərin, yaxud da ölənlərin İŞİD ilə heç bir əlaqəsi yoxdur və ABŞ qüvvələrinə qarşı təhlükəli olmayıblar”.

Makkenzi hücum nəticəsində həlak olanların ailələrinə başsağlığı verərək deyib: “Bu hücum qüvvələrimizə və köçürdüyümüz mülki vətəndaşları qarşı təhlükəni dərhal əngəlləmək üçün idi. Mən ürəkdən üzr istəyirəm. Komandan olaraq, bu hücumun bütün məsuliyyətini öz üzərimə götürürəm”.

Bəlli olduğu kimi, 29 avqust tarixində ABŞ-ın Kabulda həyata keçirdiyi və 10 nəfəri qətlə yetirdiyi hücum zamanı həlak olan ailənin 7 üzvü uşaq olub. Həlak olanlardan biri ABŞ ordusunda tərcüməçilik edibmiş və Əfqanıstandan getmək üçün növbə gözləyirmiş.

ABŞ Kabulun hava limanının yaxınlığındakı bir evi dronla vurmuş, hava limanında canlı bomba olmağa hazırlaşan İŞİD-Xorasan dəstəsinin öldürüldüyünü iddia eləmişdi. Əslində isə məsələ belə deyildi.

Vurulan ev 6 il boyunca ABŞ hərbçiləri üçün tərcüməçilik etmiş 30 yaşlı Nəsir ilə ailəsinə məxsus olub. Evdə Nəsir ilə birlikdə 40 yaşlı Zemaray, 20 yaşlı Zamir, 10 yaşlı Feysəl və Fərzad, 4 yaşlı yaşlı Armin, 3 yaşlı Benyamin ilə 2 yaşlı uşaqlar – Süməyya, Ayət və Məlikə həlak olublar.

Nəsir ilə ailəsinin ABŞ-a getmək üçün viza aldığı, köçmək üçün növbə gözlədiyi bildirilir. Faciə bununla da birmir. Nəsir hücumdan 1 gün sonra, yəni 30 avqust tarixində evlənəcəkdi. Ailəsi ilə birlikdə toya hazırlaşmaq üçün evə toplaşmışdılar. Lakin 6 il ərzində xidmət elədiyi ABŞ-ın hərbçiləri onun evinə raket ataraq həyatını yarımçıq qoydular.

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR