ABŞ-dan açıqlama - müsadirə edilə bilər

2022-04-29 12:31:00

ABŞ-dan açıqlama - müsadirə edilə bilər

ABŞ Rusiyanın dondurulmuş pullarını Ukraynaya verəcək?

Hurriyyet.az xəbər verir ki, ABŞ Xarici İşlər naziri Entoni Blinken həm Rusiya oliqarxlarının, həm də Rusiya Mərkəzi Bankının dondurulan fondlarının müsadirə oluna və həmin vəsaitlərdən Ukrayna üçün istifadə edilə biləcəyini söyləyib.

Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində iştirak elədiyi büdcə iclasında ABŞ hakimiyyətinin Rusiyaya qarşı tədbirlərindən danışıb.

Blinken deyib: “Rusiya oliqarxlarının mülklərini, yaxtalarını, villalarını və bank hesablarını müsadirə eləməyi müzakirə edirik. Əgər bu prinsipi qəbul eləsək, bu, Rusiyanın dövlət vəsaitlərinə də tətbiq edilə bilərmi? Çünki Mərkəzi Banka məxsus böyük pul vəsaiti dondurulmuş vəziyyətdədir”.

Blinken deyib: “Bu, bizim hüquqşünaslardan üzərində işləmələrini istədiyimiz bir şeydir. Bu vəsaitlərin müsadirə edilməsi üçün potensial olaraq hansı qanuni səlahiyyətlərə malik olmaq lazımdır? Lakin, sadəcə bunların müsadiə edilməsi deyil, eyni zamanda bu vəsaitlərin Konqres üzvü Vilsonun təklif elədiyi şəkildə - Ukrayna üçün istifadə edilməsi məsələsi də nəzərdən keçirilir”.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden Rusiya oliqarxlarına məxsus vəsaitlərin müsadirə edilməsi və bunların Ukrayna üçün istifadə edilməsi məsələsində rəhbərliyə daha böyük səlahiyyətlər verən addımlar atdıqlarını və Konqres ilə birlikdə bu istiqamətdə birgə çalışdıqlarını açıqlamışdı.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya