ABŞ-da yüzlərlə insan Fələstinə dəstək aksiyasına başlayıb
2024-06-19 15:54:22
ABŞ -in Nyu-York şəhərində Citibank qərargahının qarşısına toplaşan nümayişçilər İsrailin Qəzzadakı hücumlarının maliyyələşdirilməsinin dayandırılmasını tələb edərək dərhal atəşkəsə çağırıblar.

Yüzlərlə nümayişçi "Citibank, gizlənə bilməzsən, soyqırım edirsən" şüarları ilə Fələstinlə Həmrəylik plakatları açıblar.

Polisin Citibank qarşısında oturmamaq xəbərdarlığına məhəl qoymayan çox sayda nümayişçi tutuldu.

Fəallar, hüquq müdafiəçiləri və qeyri-hökumət təşkilatları, xüsusən də ABŞ-dakı tələbələr, İsraillə əlaqəli investisiyaların dayandırılması, Qəzzada dərhal atəşkəsin təmin edilməsi və bölgəyə humanitar yardımın çatdırılması tələbi ilə etiraz aksiyaları keçirirlər.

