Saat:23:11
Haqqımızda

ABŞ-da tualet kağızı tükənəcək - Trampın tarifləri ölkəni ciddi problemlərlə üz-üzə qoyur

2025-03-28 16:24:01

ABŞ-da tualet kağızı tükənəcək - Trampın tarifləri ölkəni ciddi problemlərlə üz-üzə qoyur

Prezident Donald Trampın Kanada taxta-şalbanına tətbiq etdiyi rüsumlar səbəbindən ABŞ tualet kağızı istehsalında böyük problemlərlə üzləşə bilər.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Nəşr "Yumşaq ağac taxtası tarifləri heç kimin onsuz olmaq istəmədiyi bir şey üçün tədarük zəncirini pozur: tualet kağızı", deyə qeyd edib.

Qeyd edək ki, ABŞ prezident administrasiyası Kanada ağaclarına tarifləri ikiqat artıraraq 27%-ə çatdırmağı planlaşdırır və əlavə ödənişlər potensial olaraq 50%-ə çatır.

"Bloomberg"in məlumatına görə, ABŞ standart tualet kağızının təxminən 30 faizi və kağız dəsmalların yarısı ölkəyə Kanadadan gələn xüsusi növ yumşaq ağac pulpasından hazırlanır.

publika.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.162542