Saat:03:17
Haqqımızda

ABŞ-da tibb qardaşı qətlə yetirdiyi xəstələrin ölümünü monitorla izləyib

2021-10-21 14:05:00

ABŞ-da tibb qardaşı qətlə yetirdiyi xəstələrin ölümünü monitorla izləyib

Hurriyyet.az “Haber Qlobal” portalına istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında bir tibb qardaşı ürək əməliyyatlarından sonra 4 xəstənin damarlarına hava vuraraq öldürməkdə təqsirli bilinərək edam cəzasına layiq görülüb.

37 yaşlı tibb qardaşı Vilyam Corc Devis  2018-ci ildə işdən qovulana qədər Texas ştatındakı “Trinity Mother Frances”  xəstəxanasında işləyib. 2017-ci və 2018-ci illərdə reabilitasiya dövründə olan dörd xəstə qəflətən izaholunmaz sinir tutmaları keçirərək vəfat edib.

Məhkəmə zalında çıxış edən həkim, tibb elmləri professoru Vilyam Yarbro aparatlar vasitəsi ilə qurbanların beyninin arterial sistemində hava müşahidə etdiyini, “tibb sahəsində onillərlə təcrübəsi olmasına baxmayaraq, əvvəllər heç vaxt belə hallarla qarşılaşmadığını” söyləyib. O, ölüm səbəbinin qan təzyiqi və ya başqa səbəblər olduğunu istisna edib.

Kamera çəkilişlərinə görə, Devis ürək əməliyyatı keçirmiş xəstələrin otaqlarından  çıxdıqdan sonra onların vəziyyəti dərhal pisləşib və həyatlarını itiriblər. Prokuror Tibb qardaşının xəstələrin ölümünü monitordan izlədiyini söyləyib. 

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR