Saat:11:25
Haqqımızda

ABŞ-da silahlı insident zamanı 1 polis əməkdaşı öldü, 2-si yaralandı

2021-10-16 23:11:00

ABŞ-da silahlı insident zamanı 1 polis əməkdaşı öldü, 2-si yaralandı

ABŞ-ın Texas ştatında cinayətkarlarla polis arasında silahlı insident baş verib.

Hadisə ştatın Hyuston şəhərində qeydə alınıb.

Atışma nəticəsində 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb.

Şəhər polis idarəsi rəisinin köməkçisi Ceyms Consun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları, yəqin ki, barlardan birinin yaxınlığında küçə soyğunçularını həbs etmək istəyib: “Polislər şübhəli şəxsi tutmağa və ya saxlamağa çalışıblar. Bu zaman digər şəxs polisə arxadan yaxınlaşaraq silahdan bir neçə atəş açıb”.

Yaralılar xəstəxanaya yerləşdirilib. Silahlı şəxsin axtarışları davam edir. \\KONKRET

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR