Saat:03:41
Haqqımızda

ABŞ-da qəbul edilən sənəd Vaşinqtonun imzaladığı razılaşmanı pozur - Çindən açıqlama

2024-04-24 08:45:45

ABŞ-da qəbul edilən sənəd Vaşinqtonun imzaladığı razılaşmanı pozur - Çindən açıqlama

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Çin Xalq Respublikası ABŞ-ı Tayvanı silahlandırmağı dayandırmağa çağırıb.
Çin Dövlət Şurasının Tayvn məsələləri üzrə təmsilçisi Çju Fenlyan ABŞ-dan adanın müstəqilliyini dəstəkləməyə son qoymağı da tələb edib. 
Fenlyan bu sözləri brifinqdə, ABŞ Konqresi Senatının Tayvana hərbi yardım barəsində qanun layihəsini qəbul eləməsi məsələsi ilə bağlı açıqlama verərkən söyləyib. Fenyan deyib: "ABŞ-ı Tayvanın müstəqilliyini dəstəkləməmək öhdəliyini yerinə yetirmək üçün konkret addımlar atmağa və adanı silahlandırmağı dayandırmağa çağırırıq".
Onun sözlərinə görə, bu qanun layihəsi "vahid Çin" prinsipini, ABŞ ilə Çinin birgə qəbul elədikləri 3 kommunikeninin müddəalarını ciddi şəkildə pozur və Tayvanın müstəqilliyi tərəfdarı olan separatçı qüvvələrə yanlış siqnal göndərir. Çju Fenlyan deyib: "Biz qətiyyətlə bunun əleyhinə çıxış edirik". 
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.168115