ABŞ-da qasırğa qurbanlarının sayı artır

2023-01-13 14:35:00

ABŞ-da qasırğa qurbanlarının sayı artır

Hurriyyet.az xəbər verir ki, ABŞ-da baş verən qasırğa nəticəsində Alabama ştatında 6 nəfər, Corciya ştatında isə 1 nəfər həlak olub.

Təbii fəlakət nəticəsində Alabama ştatında üırxa yaxın ev zədələnib və ya dağılıb, insanların yaşadıqları furqonlar havaya qalxıb, ağaclar yıxılıb. Azı 12 nəfər yaralanıb.

Corciya ştatında avtomobilin üzərinə düşən ağac bir nəfərin ölümünə səbəb olub. Külək yük qatarını relsdən çıxarıb. Məftillər qopduğu üçün onlarla adam elektrik işığından məhrum olub.

Cümə gününə keçən gecə yerli meteorologiya xidməti Missisipi, Alabama, Corciya və Tennessi ştatları da daxil olmaqla, ümumilikdə ölkə ərazisində 33 müxtəlif qasırğa qeydə alıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.244701