Saat:02:38
Haqqımızda

ABŞ-da qasırğa onlarla insanın həyatına son qoydu, şəhərlər qaranlığa qərq oldu

2022-10-03 10:38:00

ABŞ-da qasırğa onlarla insanın həyatına son qoydu, şəhərlər qaranlığa qərq oldu

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın cənub sahillərini cənginə almış dördüncü kateqoriyalı İen qasırğasının qurbanlarının sayı 87 nəfərə çatıb.

Qasırğa nəticəsində Florida ştatında 83 ölüm halı, Şimali Kapolinada isə 4 ölüm halı qeydə alınıb.

Sentyabrın 29-da Cənubi Karolina ştatına çatan İen qasırğası tropik fırtınaya çevrilərək Corciya, Şimali Karolina və Virciniya ştatlarını viran qoyub.

Florida ştatında qasırğa böyük dağıntılar törədib. Xilasedicilər dağıntıları təmizləyərək sağ qalanları axtarırlar. Fəlakət qurbanlarının sayının artacağı təhlükəsi var.

Fırtına nəticəsində yaranan 12 metr hündürlüyündəki dalğalar Floridanın qərb sahillərinin bir qismini suya qərq edib, evlərə və iş yerlərinə böyük zərər dəyib.

Floridada və ətraf ərazilərdə çay daşqınları və sellərin olacağı gözlənilir.

ABŞ-ın cənub sahillərində yaşayan 800 min nəfərə qədər insan elektrik enerjisindən məhrum olub.

Bazar günündən bəri insanlar dağıntıları və palçıq kütlələrini təmizləmək üçün evlərinə qayıtmağa başlayıblar.

Təkcə Florida ştatında qasırğanın verdiyi zərər 47 milyard dollarlardan artıq məbləğdə qiymətləndirilir.

Dalğalar yüzlərlə qayığı aparıb, çox sayda avtomobil zədələnib.

Prezident Cozef Bayden ilə həyat yoldaşı Cill Bayden bazar ertəsi və çərşənbə günləri qasırğadan zərər çəkmiş Puerto-Rika və Florida ştatlarına səfər eləməyi planlaşdırırlar.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR