ABŞ-da qasırğa – ölənlər var

2022-12-15 23:54:00

ABŞ-da qasırğa – ölənlər var

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinalda xəbər verir ki, ABŞ-ın Luiziana ştatında baş verən qasırğa nəticəsində 3 nəfər həlak olub. Şiddətli fırtına nəticəsində 40 mindən artıq abunəçi elektrik enerjisindən məhrum olub. Evlər və ofis binaları zədələnib.

Şreveport şəhərinin yaxınlığındakı düzənlik ərazidə yaşayan bir uşaqla anası qasırğanın evlərini yıxması nəticəsində həlak olublar. Killona məntəqəsində isə 1 qadının nəşi tapılıb.

Nebraska, Vyominq, CənubiGüney Dakota və Minnesotada 500 min nəfərin qar fırtınası təhlükəsi altında olduğu bildirilir. Luiziana, Missisippi, Alabama v Florida ştatlarının bəzi rayonları daxil olmaqla körfəz sahillərində şiddətli fırtınalar gözlənilir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000980