ABŞ-da qar fırtınası! Minlərlə uçuş ləğv edildi, sahilləri su basdı, “5 dəqiqə ərzində donacaqsınız” xəbərdarlığı edildi

2022-12-24 10:39:00

ABŞ-da qar fırtınası! Minlərlə uçuş ləğv edildi, sahilləri su basdı, “5 dəqiqə ərzində donacaqsınız” xəbərdarlığı edildi

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, ABŞ-da dondurucu qar fırtınası səbəbindən ölkənin bir çox sahil məntəqələri suyun altında qalıb. Yeni il ərəfəsində ilin ən çox səyahət edilən dövrü astanasında 4 mindən artıq uçuş ləğv edilib. Fırtına səbəbindən elektrik enerjisinin kəsiləcəyi təxmin edilir.

Qütbdən gələn soyuq hava kütlələrinin 100 milyondan artıq insanın yaşadığı ərazilərə təsir göstərəcəyi və onillər sonra ən soyuq Yeni ilin olacağı gözlənilir. Bu həftəsonunda bəzi bölgələrdə temperaturun -40 ilə -50 arasında olacağı gözlənilir. Tədbir görülmədikdə, belə bir fırtınanın 5 dəqiqəyə yaxın zaman içərisində donmaya səbəb olacağı barəsində xəbərdarlıq edilib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.153777