Saat:04:26
Haqqımızda

ABŞ-da prezidentiliyə namizəd fələstinliləri dəstəklədiyinə görə saxlanılıb

2024-04-29 10:30:26

ABŞ-da prezidentiliyə namizəd fələstinliləri dəstəklədiyinə görə saxlanılıb

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Yaşıllar partiyasından ABŞ prezidentliyinə namizəd Cill Stayn Fələstini dəstəkləyən mitinqdə iştirak edərkən saxlanılıb.
Cill Stayn ilə yanaşı onun seçki kampaniyasının sədri Ceyson Koll ilə sədr müavini Kelli Merrill-Kayer və 100 nəfərə yaxın digər mitinq iştirakçısı - əsasən Vaşinqton Universitetinin tələbələri - ali məktəbin həyətində qurduqları çadır düşərgəsində həbs ediliblər.
Cill Stayn sonradan azadlığa buraxılıb. Siyasətçinin seçki qərargahı şənbə günü baş verən hadisə barəsində bazar günü, X səhifəsində məlumat verib.
Mitinq iştirakçılarının tələbi - universitetin "Boinq" şirkətinin səhmlərindən imtina etməsi olub. Həmin şirkətin Sent-Çarlzdakı müəssisədə istehsalı elədiyi silah-sursatın Qəzzada dinc fələstinlilərə qarşı hücumlarda istifadə edilməsi mitinq iştirakçıları tərəfdindən etirazla qarşılanıb.
Açıqlamada deyilir: "Staynın kampaniyası tələbələri, onların dinc etirazlarını və kampus ərazisindəki tığınacaqlarını dəstəkləyir. Sülh və vətəndaş azadlıqlarını dəstəkləyən tələbə etirazı həmişə bizin kollektiv mənəvi şüurumuzun ən yaxşı hissəsi olub. Həmrəyik".
X səhifəsində pezidententliyə namizəd siyasətçi xanımın əllərinin qandallandığı və iki polis tərəfindən aparıldığı görünür.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.187454