Saat:19:32
Haqqımızda

ABŞ-da məktəbdə qətliam – nənəsini, məsum uşaqları öldürdü, polisləri yaraladı

2022-05-25 13:40:00

ABŞ-da məktəbdə qətliam – nənəsini, məsum uşaqları öldürdü, polisləri yaraladı

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın Texas ştatının Yuvald şəhərindəki Robb ibtidai məktəbində bir məktəbli atəş açaraq, 21 nəfər insanı qətlə yetirib. Həlak olanlardan 19 nəfəri uşaq, 2 nəfəri isə müəllimlər olub. “The Guardian” nəşrinin yazdığına görə, bu barədə açıqlamanı Texas ştatının qubernatoru Qreq Ebbott verib.

Qatil 18 yaşlı orta məktəb şagirdi Salvador Ramos olub. O, öldürülüb. Onu polis zabitinin zərərsizləşdirdiyi güman edilir.

Ramosun tapançası və ehtimala görə, tüfəngi də olub. Onun bu silahları öz ad günündə aldığı xəbər verilir.

Yaralılar da var.

Ebbottun açıqlamasına görə, yaralılar arasında hadisə yerinə gəlmiş 2 nəfər polis də var.

Salvador Ramosun məktəbə getməzdən əvvəl öz nənəsini gülələdiyi qeyd edilir.

ABŞ Prezidenti Co Bayden xalqa müraciət edərək qurbanlar üçün dua eləməyi xahiş edib və silah lobbisinə qarşı mübarizə aparmağa səsləyib.

Robb məktəbinin şagirdlərinin 89%-nin latın amerikalıları olduğu bildirilir. İki gündən sonra onların tətili başlanacaqdı.

ABŞ-da baş verən məktəb qətliamlarının 10-dan 3-ü Texas ştatının payına düşür. 1966-cı ildə Texasdakı Ostin Universitetində və 2018-ci ildə Santa-Fe orta məktəbindəki qətliamlar odlu silahla törədilən ən amansız qətllərdən sayılır.

ABŞ odlu silahla qətllər üzrə inkişaf eləmiş dünya ölkələri içərisində liderdir. ABŞ qanunlarına görə, 18 yaşı tamam olmuş hər kəs silah ala bilər.

Hürr Tərcüman

Texas school shooting: What we know so far after 19 children and two adults  killed at Robb Elementary

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR