ABŞ-da İrana qarşı sanksiyalarla bağlı iki yeni layihə
ABŞ Konqresinin Nümayəndələr Palatası səsvermənin nəticələrinə əsasən, İrana qarşı insan haqlarını pozduğuna və terrorizmə dəstək verdiyinə görə, həmçinin raket proqramı və pilotsuz təyyarələrin inkişafı çərçivəsində sanksiyalara dair iki qanun layihəsini təsdiqləyib. Bu barədə qanunverici orqanın saytında bildirilir.
Nümayəndələr Palatasında İranın ali lideri və onun yaxın çevrəsinə insan haqlarının pozulması və terrorizmi dəstəklədiyinə görə sanksiya tətbiq etmək üçün iki partiyalı qanun qəbul edilib.
410 deputat qanun layihəsinin lehinə, 3-ü isə əleyhinə səs verib.
Bundan əlavə, Nümayəndələr Palatası 403 lehinə və 8 əleyhinə səslə, “BMT sanksiyaları oktyabrda başa çatana qədər” İrana qarşı raket və pilotsuz uçuş aparatları proqramlarına görə qeyri-müəyyən sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Hər iki qanun layihəsi Nümayəndələr Palatası tərəfindən qəbul edildikdən sonra baxılmaq üçün ABŞ Senatına göndərilir.
Ülviyyə, Hurriyyet.az