Saat:01:01
Haqqımızda

ABŞ-da görünməmiş bahalaşma

2022-05-26 17:31:00

ABŞ-da görünməmiş bahalaşma

Hurriyyet.az “Vestnik Kavkaza” saytına istinadla xəbər verir ki, Amerikanın yanacaqdoldurma məntəqələrində benzinin qiyməti rekord həddə çatıb. Belə ki, 1 qallon (3,785 litr) benzinin qiyməti orta hesabla 4,6 dollardır. Bu barədə məlumatı Amerikanın Avtomobil Assosiasiyası yayıb. Amerikanın 50 ştatının hamısında benzinin 1 qallonu 4 dollardan baha satılır. Ən yüksək qiymət Kaliforniyada qeydə alınıb – burada 1 qallon benzin orta hesabla 6,7 dollara, bəzi yerlərdə isə hətta 7 dollardan baha satılır.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR