Saat:20:27
Haqqımızda

ABŞ-da Fələstin tərəfdarlarının kütləvi həbsi - tələbə şəhərcikləri bağlandı - VİDEO

2024-04-25 16:13:56

ABŞ-da Fələstin tərəfdarlarının kütləvi həbsi - tələbə şəhərcikləri bağlandı - VİDEO

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-da Fələstini dəstəkləyən nümayişdə iştirak edən 120 nəfərdən artıq şəxs saxlanılıb. Etiraz aksiyasının başa çatdığı barəsində rəsmi açıqlama verilməsinə baxmayraq, polis patrulları nümayişlərin keçirildiyi rayonda qalmağa davam edəcəklər.
Los-Anceles Polis Departamenti ilə Texas ştatının İctimai Təhlükəsizlik Departamentinin X şəbəkəsindəki hesablarında ABŞ universitetlərinin yaşayış kompleksləri bölgəsində İsrailin Qəzza zolağındakı əməliyyatlarının əleyhinə keçirilən irimiqyaslı etirazlar zamanı azı 127 nəfərin saxlanıldığı bildirilir.
Los-Anceles Polis Departamentinin açıqlamasına görə, Cənubi Kaliforniya Universitetində 93 tələbə saxlanılıb, təhsil müəssisəsinin yaşayış kompleksi isə qeyri-müəyyən zamana kimi bağladılıb.
Texas ştatının İctimai Təhlükəsizlik Departamentinin məlumatına görə, Texas Universitetində 34 nəfər nümayişçi saxlanılıb.
Bundan əvvəl isə, "Nyu York Post" nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla, aprelin 18-fə Nyu-York polsinin Kolumbiya universitetinin azı 100 tələbəsini saxladığını xəbər vermişdi - onlar da Fələstini dəstəklənən mitinqin təşkili ilə əlaqədar tutulmuşdular.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.210494