ABŞ-da fəlakət aprelin əvvəlindən bəri davam edir! Ştatın əhalisi köçürülür

2022-04-30 12:38:00

ABŞ-da fəlakət aprelin əvvəlindən bəri davam edir! Ştatın əhalisi köçürülür

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ-ın cənub-qərbində güclü meşə yanğınları davam edir. Alovun güclü şəkildə yayılması təhlükəsinə görə Nyu-Meksiko ştatının əhalisinin bir qismi təxliyyə edilib.

Yanğın Nyu-Meksiko ştatının şərqi və cənub-qərbi hissələrində tüğyan edir. Bu, ABŞ ərazisindəki ən iri yanğınlardan biridir və aprelin 6-dan etibarən eyni zamanda Nyu-Meksikonun 5 fərqli nöqtəsində alovlanmağa başlayıb. Atəş Santa-Fe şəhərinə qədər yayılıb. Yanğının sahəsi 303 kv m-dən artıq ərazini əhatə edir.

Yanğının sürətlə yayılması təhlükəsinə görə Nyu-Meksika ştatının əhalisinin bir qismi təxliyyə edilib.

Hakimiyyət bildirib ki, minlərlə insan Santa-Fe şəhərindən təqribən 60 km şimal-şərqdə yerləşən Mora vadisinə köçürüləcək.

Güclü külək və quru hava yanğınların söndürülməsini çətinləşdirir. Alov gözlənildiyindən daha sürətlə yayılır. Onun qarşısının alınması üçün 2 min nəfər yanğınsöndürən və xilasedici cəlb edilib.

Hürr Tərcüman   


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya