Saat:21:24
Haqqımızda

ABŞ-da dəhşətli təyyarə qəzası - 15 ev yanaraq kül oldu

2025-05-22 23:29:21

ABŞ-da dəhşətli təyyarə qəzası - 15 ev yanaraq kül oldu

ABŞ-də təyyarə binalara çırpıldı, 15 ev yanaraq kül olub.

ABŞ-nin Kaliforniya ştatında yerləşən San Dieqo bölgəsində dəhşətli aviasiya qəzası baş verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Qeyd olunub ki, "Cessna 550" markalı şəxsi biznes təyyarəsi Montqomeri Hava Limanı yaxınlığında yaşayış binalarına çırpılıb və nəticədə güclü yanğın baş verib.

Qəza nəticəsində təxminən, 15 ev yanaraq pis vəziyyətə düşüb, bir neçə mənzil isə kül olub. Hadisə yerinə cəlb olunan yanğınsöndürən briqadalar alovu lokallaşdırmaq və insanların təhlükəsizliyini təmin etmək üçün bir neçə binadan təxliyə əməliyyatı aparıblar.

Hadisənin görüntüləri videoya çəkilib və sosial şəbəkələrdə geniş yayılıb.

Ölən və yaralananlar barədə hələlik rəsmi məlumat verilməyib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.252909