Saat:23:12
Haqqımızda

ABŞ-da dəhşətli statistika – bir həftə ərzində 430 nəfərdən çox insan silahlı hücumlara qurban gedib

2021-07-26 17:42:00

ABŞ-da dəhşətli statistika – bir həftə ərzində 430 nəfərdən çox insan silahlı hücumlara qurban gedib

Yarım il ərzində 24 min nəfərdən artıq amerikalı həlak olub

Hurriyyet.org xəbər verir ki,  ABŞ-da son bir həftədə baş verən silahlı hücumlar nəticəsində 430 nəfərdən artıq insan həlak olub.

“Hill” (“The Hill”) nəşri yazır: “ABŞ Silahlı Şiddət Arxivi  təşkilatının verdiyi məlumata görə, ötən həftə ərzində, yəni 17-23 iyul tarixində ölkə miqyasında 915-dən çox silahlı hücum baş verib, həmin hücumlar nəticəsində 430 nəfərdən artıq insan həlak olub, 1007 nəfər isə yaralanıb”.

Silahlı hücumlar ən çox bu ştatlarda baş verib: İllinois (109 hadisə), Texas (63), Pensilvaniya (59) və Kaliforniya (52).

Bununla yanaşı, 2021-ci il başlanandan bəri 13500-dən artıq silahlı intihar hadisəsi baş verib.

Bu il ərzində silahlı zorakılıq hadisələri zamanı həlak olanların 800 nəfəri 18 yaşından, 174 nəfəri isə 12 yaşından kiçik olmaqla, ümumilikdə 24 min nəfərdən çox insan həlak olub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR