ABŞ-da atışma olub, ölənlər var
2023-01-24 23:17:00

ABŞ-ın Vaşinqton ştatının Yakima şəhərində mağazada baş verən atışma nəticəsində azı 3 nəfər ölüb.
Bu barədə çərşənbə axşamı CNN şəhərin polis idarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, naməlum şəxs Yakima şəhərində yerləşən "Circle K" mağazasına daxil olaraq atəş açıb, bundan sonra o, yolu keçərək içərisində sərnişin olan avtomobili qaçırıb. Hadisəni törədən şəxs qaça bilib.
Əraziyə gələn polis əməkdaşları xəsarətlərdən yerindəcə ölən 3 nəfərin meyitini aşkarlayıblar. Hüquq-mühafizə orqanları cinayətkarın oğurladığı avtomobilin sərnişininin də öldürülə biləcəyini istisna etmirlər. \\Report
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya