Saat:15:36
Haqqımızda

ABŞ-da 22 nəfərin öldüyü, 60 şəxsin yaralandığı dəhşətli hadisənin TƏFƏRRÜATI

2023-10-26 12:05:20

ABŞ-da 22 nəfərin öldüyü, 60 şəxsin yaralandığı dəhşətli hadisənin TƏFƏRRÜATI

ABŞ-nin Men ştatındakı atışmanın təfərrüatı məlum olub.

Fox News hadisə nəticəsində ən azı 22 nəfərin öldüyü, daha 60 nəfərin yaralandığı məlumatını verib. Bunadək isə CNN 16 nəfərin öldüyünü bildirmişdi.

İlkin ehtimala görə, cinayətkar bar və ticarət mərkəzi də daxil olmaqla şəhərin 3 müxtəlif yerində qətliam törədib. Hüquq-mühafizə orqanları əməkdaşları atəş açmaqda şübhəli bilinən şəxsi artıq saxlayıblar.

Təhqiqatlara Federal Təhqiqatlar Bürosu (FTB) da qoşulub. Hadisənin terror aktı olmadığı deyilir. Ağ evdən verilən məlumata görə, ölkə prezidenti Co Bayden hadisə haqqında məlumatlıdır və hadisələrin inkişafını izləyir.

Baku.ws


Load Time (S) : 0.617705