“ABŞ bunu etsə, bölgəyə sülh gəlməyəcək” - Blinken niyə zəng etmişdi?

2023-05-01 11:27:00

“ABŞ bunu etsə, bölgəyə sülh gəlməyəcək” - Blinken niyə zəng etmişdi?

“Əgər ABŞ Azərbaycanın Laçında nəzarət-buraxılış məntəqəsi qurmasına qarşı mövqe tutmaq istəyirsə, hətta bu mövqedə israr edəcəklərsə, Azərbaycan qətiyyətlə bu mövqeyi qəbul etməyəcək və bölgəyə sülh gəlməyəcək”.

Bu sözləri Yenisabah.az-a açıqlmasında politoloq Qabil Hüseynli deyib.

O, ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığının motivlərindən, habelə Amerika tərəfinin Laçında qurulan nəzarət-buraxılış məntəqəsi ilə bağlı narahatlığını ifadə etməsindən söz açıb:

“Siz Meksika ilə sərhədlərinizdə uzunluğu 50 km, hündürlüyü isə 10 m olan beton divar hörə bilirsiniz və bunun da səbəbi kimi Meksikadan ABŞ-a gələn mühacir axınının qarşısının alınması kimi göstərirsiniz. Bəs Azərbaycan nə edir bəs? Öz dövlət atributlarından birini həyata keçirir”.

Müsahibimizin sözlərinə görə, Azərbaycan hakimiyyəti dövlətin təhlükəsizliyi və suverenliyini qorumaq üçün bu bölgəyə kimlərin gəldiyini, hansı yüklərin daşındığını aşkara çıxarmaq istəyir:

“Azərbaycan istəyir ki, bu bölgədən silah-sursat yox, insanların tələbatını ödəyən sırf humanitar xarakterli yüklər daşınsın. Əgər kimlərsə buna qarşı iradını irəli sürəcəksə, zənnimcə, onlar da, bir növ, tərəfsizliyini pozmuş olur və bu nöqteyi-nəzərdən də ermənilərin tərəfində durduğunu nümayiş etdirir”.

Q. Hüseynli xatırladıb ki, Entoni Blinkenin sözləri sadəcə diplomatik bir addım da ola bilər:

“Hamı görür ki, Azərbaycan bu yolla Qarabağdakı humanitar böhranı aradan qaldırmağa yönəlmiş adıdmları atır, gediş-gəliş isə tam sərbəstdir. O şərtlə ki, sənədlərin düzgün olacaq və qayda-qanunu pozmayasan.

Bu gün hansısa blokadadan danışmaq qeyri-mümkündür. Xüsusən də sülhyaratma prosesində vasitəçi olan adamlar bunu hamıdan tez və yaxşı başa düşməlidir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.232315