Saat:08:04
Haqqımızda

ABŞ, BƏƏ, İsrail və Hindistan yeni qurumda birləşdi

2021-10-20 15:09:00

ABŞ, BƏƏ, İsrail və Hindistan yeni qurumda birləşdi

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, ABŞ, BƏƏ, İsrail və Hindistan iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə iqtisadi forum yaratmaq qərarına gəliblər.

“Hindistantayms” (Hindustantimes) nəşrinin verdiyi xəbərə görə, bu qərar adları çəkilən dörd ölkənin onlayn formatda görüşü zamanı qəbul edilib. Görüşdə Hindistanın Xarici İşlər naziri Subramanyam Cayşankar, İsrailin Xarici İşlər naziri Yair Lapid, ABŞ Dövlət katibi Entoni Blinken və Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri şeyx Abdulla ibn Zayed Əl Nahayyan iştirak ediblər.

Yeni dördlüyün ilk iclasında Yaxın Şərqdə və Asiyada dəniz təhlükəsizliyinin gücləndirilməsi, iqtisadi və siyasi əməkdaşlıq, həmçinin nəqliyyat və texnologiyalar sahəsində birgə infrastruktur layihələri müzakirə edilib.

Hindistan diplomatiyasının başçısı Cayşankar “kvarter”in görüşünün məhsuldar keçdiyini söyləyib. Yaxın zamanda növbəti görüşün keçirilməsi gözlənilir.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR