ABŞ "Artsax" separatçılarına yardımı dayandırır

2022-08-26 12:53:00

ABŞ

Bir vaxtlar ABŞ-dakı erməni lobbisi həm mifik “erməni soyqırımı”nı tanımaq, həm də Azərbaycan ərazisindəki “Artsax” separatçılarına dəstək vermək baxımından Demokratlar Partiyasına və ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyasına böyük ümidlər bəsləyirdi. Bildiyimiz kimi, Co Bayden “soyqırım” məsələsində mövqeyini mənasız deyimlərlə ifadə etdi. Bu prinsipcə başa düşüləndir, çünki ABŞ hazırkı geosiyasi vəziyyətdə NATO-nun əsas müttəfiqi olan Türkiyə ilə qarşıdurmaya tab gətirə bilməz.
Rusiya sülhməramlılarının himayə pərdəsi altında Qarabağda son günlərini yaşayan “Artsax” separatçılarına Bayden administrasiyasının yardımı məsələsində də erməni lobbisinin ümidləri özünü doğrultmur. Üstəlik, erməni lobbisi Bayden administrasiyasını amerikalı parlament üzvlərinə “qarğış tökməyə” başlayır ki, Artsaxa “kömək etmir”.
Bu yaxınlarda ABŞ-ın Erməni Milli Komitəsinin (ANCA) sədri Raffi Hambaryan ABŞ Senatına və Nümayəndələr Palatasına məktub göndərərək ABŞ Konqresini “... təcavüz, etnik təmizləmə ilə üzləşən, qidaya, su, yanacaq və digər həyati resurslara" çıxışı kəsilən “Artsax”ın erməni ailələrinə Co Bayden administrasiyası tərəfindən humanitar yardımın faktiki blokadasını araşdırmağa çağırıb.
Erməni lobbisi çox incəliklə “həssas anı tutdu”. Dünya mediası dünyanın bir sıra regionlarında, xüsusən də Avropada görünməmiş quraqlıq və su qıtlığı ilə bağlı xəbərlərlə doludur. İdxaldan asılı olan bir sıra ölkələrdə ərzaqla bağlı problemlər də məlumdur - Ukraynada müharibə başlayandan sonra durum daha da pisləşib. Və bu xəbərlə bağlı spekulyasiya edən ABŞ-dakı erməni lobbisi amerikalılar arasında yanlış təsəvvür yaratmağa çalışır ki, guya Qarabağ erməniləri Afrikanın ən kasıb ölkələrinin sakinləri kimi aclıq və susuzluqdan “əziyyət çəkirlər”.
Lakin reallıqda Qarabağ erməniləri indi nə su, nə də qida əldə etməkdə çətinlik çəkmirlər. Üstəlik, Qarabağ ermənilərinin strateji əhəmiyyətli Sərsəng su anbarına demək olar ki, məhdudiyyətsiz çıxışı var. Bu günlərdə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” MMC-nin mütəxəssisləri su anbarında çalışan erməni millətindən olan mütəxəssislərlə birlikdə anbarın ərazisinə baxış keçirib, anbardan suyun daxil olması və axıdılması qrafikini razılaşdırıblar. Bu, Qarabağın erməni əhalisinin vahid və bölünməz Azərbaycana inteqrasiyası istiqamətində real addım sayıla bilər. Təbii ki, Azərbaycan, eyni zamanda, Qarabağın erməni millətindən olan sakinlərinin Sərsəng su anbarının suyundan istifadəsinə heç bir şəkildə mane olmur. Bununla belə, Azərbaycan bundan sonra su anbarından separatçılar tərəfindən Tərtər çayının aşağısında yerləşən yaşayış məntəqələrinin və əkin sahələrinin “su şantajı” kimi istifadəsinə icazə verməyəcək.
Qarabağ erməniləri həm “köhnə”, həm də “yeni” Laçın dəhlizi ilə ərzaq təminatında heç bir problem yaşamırlar. Bu məsələ, şübhəsiz ki, Rusiya sülhməramlıları Qarabağı tərk etdikdən sonra bərqərar olacaq və onların ardınca Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə normal inteqrasiyasına mane olan separatçı təxribatçılar gedəcəklər.
Raffi Ambaryan Amerika parlamentarilərinə yazdığı isterik məktubunda bildirir ki, guya Bakıdakı hakimiyyət “Arsax ermənilərinin aclıqdan ölməsinə əmin olmaq” istəyir. Ambaryan şikayət edir ki, Bayden administrasiyası “Artsaxda yaşayan erməni ailələrinə demək olar ki, heç bir humanitar yardım göndərməyib”. “Amerika Azərbaycan tərəfindən aparılan Artsaxın etnik təmizlənməsində iştirak etməməlidir”, deyə Raffi Ambaryan isterik şəkildə yazır.
ANCA bu məktubda ABŞ qanunvericilərini dövlət katibi Entoni Blinken və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer vasitəsilə Bayden administrasiyasından dörd suala cavab tələb etməyə çağırır:
• Bayden administrasiyası “Dağlıq Qarabağda yaşayan təhlükə altında olan ermənilərə” kömək etmək üçün hansı konkret tədbirlər görüb?
• Bayden administrasiyasının Qarabağda yaşayan “təhdid altında olan” ermənilərə kömək etmək üçün konkret hansı planları var?
• Bayden administrasiyası “Artsax”ın erməni əhalisinin üzləşdiyi humanitar böhranla bağlı ehtiyacların qiymətləndirilməsi aparıbmı?
• Bayden administrasiyası “Artsax”ın erməni əhalisinin üzləşdiyi “humanitar böhran”la mübarizə aparmaq üçün hansı büdcə diapazonunu yetərli və məqsədəuyğun hesab edirmi?
ANCA sədri Ağ Evin “Bakı rejiminin təzyiqi altında” olmasından şikayətlənir...

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.104508