Saat:14:10
Haqqımızda

ABŞ 7 uşağın həlak olduğu hücuma görə təzminat ödəyəcək

2021-10-16 14:58:00

ABŞ 7 uşağın həlak olduğu hücuma görə təzminat ödəyəcək

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, ABŞ Kabula hava hücumu zamanı öldürdüyü dinc sakinlərin ailələrinə təzminat verməyi öhdəliyinə götürüb. Bu barədə açıqlamanı Pentaqonun mətbuat katibi Con Kirbi verib.

Bəlli olduğu kimi avqust ayının 29-da ABŞ-ın İŞİD-ə qarşı əməliyyat adı altında havadan bomba yağdırması nəticəsində 7 nəfəri uşaq olmaqla, 10 nəfər əfqan vətəndaş həlak olmuşdu. Hücum nəticəsində ailə üzvləri və özü həlak olan Zemari Əhmədi ABŞ-a məxsus təşkilatda çalışıb.

Hücuma görə məsuliyyəti ABŞ Mərkəzi Qüvvələr (CENTCOM) komandanı general Kennet Makkenzi öz üzərinə götürərək üzr istəyib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR