Saat:03:33
Haqqımızda

ABŞ Türkiyəni təhdid etdi

2021-09-27 14:36:00

ABŞ  Türkiyəni təhdid etdi

Hurriyyet.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın Türkiyənin Rusiyadan S-400 raketlərinin ikinci partiyasını almağı planlaşdırdığını söyləməsindən sonra ABŞ Xarici İşlər Nazirliyi bəyanat verib. Açıqlamada deyilir: “Türkiyəyə Rusiyadan daha çox hərbi avadanlıq almamaq məsələsində xəbərdarlıq edirik. Bu, sanksiyalara səbəb ola bilər”.

Ərdoğan bazar günü CBS kanalının "Face the Nation" verilişində aparıcı Marqaret Brennanın “Daha bir S-400 kompleksini almaq niyyətiniz varmı?”  sualının cavabında deyib: “Bundan sonrakı dövrdə də heç kəs bizim müdafiə sistemləri məsələsində hansı ölkədən nə qədər, nə alacağımıza müdaxilə edə bilməz. Bunun qərarını biz verə bilərik”. Brennanın “Bununla “bəli” cavabını verirsiniz?” sözlərindən sonra Ərdoğan söyləyib: “Əlbəttə ki, bəli”.

“Röyters” informasiya agentliyinin xəbərinə görə, ABŞ XİN-in mətbuat xidmətinin əməkdaşı bununla əlaqədar deyib: “Hər zaman və bütün səviyyələrdə Türkiyəyə S-400 sistemlərini almaması və Rusiyadan əlavə hərbi avadanlıq almaması üçün xəbərdarlıq edirik”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR