ABŞ islahatların keçirilməsi üçün Paşinyana kömək edəcək

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın İrəvandakı səfiri Kristina Kvin ölkənin Baş naziri Nikol Paşinyan ilə görüşü zamanı Ağ Evin Ermənistanda həyata keçirilən islahatlara yardım edəcəyini bildirib. Bu barədə məlumatı Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti verib.
İrəvana yeni təyin olunmuş səfir Kristina Kvin Ağ Evin İrəvanla münasibətlarının irəliləməsi üçün Vaşinqtonun maksimum səy göstərəcəyini deyib. Paşinyan da öz növbəsində ikitərəfli münasibətlərin dərinləşməsinə, genişlənməsinə, inkişafına ümidvar olduğunu söyləyib, ölkədə aparılacaq islahatlarda ABŞ-ın dəstəyinin əhəmiyyətli olduğunu qeyd edib.
Qeyd edək ki, Nikol Paşinyan Ermənistanda fəaliyyət göstərəcək Avropa İttifaqı missiyasının nümayəndələri ilə də görüşüb.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya