Saat:17:53
Haqqımızda

Abramoviçin 10 milyon avroluq malikanəsinə həbs qoyuldu – MİLYARDER PORTUQALİYADAKI MÜLKÜNÜ SATMAĞA CƏHD EDİB...

2022-05-14 20:21:00

Abramoviçin 10 milyon avroluq malikanəsinə həbs qoyuldu – MİLYARDER PORTUQALİYADAKI MÜLKÜNÜ SATMAĞA CƏHD EDİB...

Portuqaliya hakimiyyəti rusiyalı milyarder Roman Abramoviçin ölkənin cənubundakı - Alqarve bölgəsindəki malikanəsinin üzərinə həbs qiyub. Lüks ev 10 milyon avro dəyərində qiymətləndirilir.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Publico” nəşri məlumat yayıb.

Rusiyanın Ukraynaya təcavüzündən iki həftə əvvəl Abramoviçin holdinqinə məxsus “Millhouse Views” MMC-nin malikanəni satmağa cəhd etdiyi bildirilir. Amma dövlət bankı “Caixa Geral de Depósitos” bu barədə polisə məlumat verib və Portuqaliya Xarici İşlər Nazirliyinin tələbi ilə əmlakın qeydiyyatı martın 25-dən dondurulub.

Qeyd edək ki, Rusiyanın işğalından sonra Avropa Birliyi və İngiltərə Abramoviçə, o cümlədən “Çelsi” klubuna qarşı sanksiyalar tətbiq etmişdi. Nəticədə klub amerikalı iş adamı Todd Boelinin konsorsiumuna satılmalı oldu.

Bundan əlavə, onun aktivlərinin 7,3 milyard dolları, yəni bütün sərvətinin yarısından çoxu Britaniyada dondurulub. Fransada isə 120 milyon dollarlıq malikanəsi müsadirə edilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR