Saat:13:47
Haqqımızda

"Abraham Accord"a daha bir ölkə qoşulur: Vaşinqton İsraillə Səudiyyə Ərəbistanı arasında yaxınlaşmanı gündəmə gətirir

2021-10-20 13:27:00

ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Məhəmməd ibn Salmanla İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasını müzakirə edib. Bu barədə "Axios" ABŞ və ərəb ölkələrindəki mənbələrinə istinadla bildirib.

Əgər Səudiyyə Ərəbistanı "Abraham Accord" razılaşmalarına qoşularsa o İsraillə  münasibətlərin normallaşması sazişini imzalayan ən iri ərəb ölkəsi olacaq. Mənbələrin xəbərinə görə, İbn Salman bu təklifdən imtina etməyib. Əksinə bildirib ki, bunun üçün vaxt lazımdır və zəruri olan addımlar atılmalıdır. 

Ülviyyə, Hurriyyte.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR