ABP Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan dəyirmi masa keçirib - FOTOLAR

Azərbaycan Bütövlük Platforması (ABP) Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirib.
Hurriyyet.az xəbər verir ki, tədbir bütün şəhidlərimizin ruhuna sayğı duruşu və dövlət himninin səslənməsi ilə başlayıb.
Giriş sözü ilə danışan ABP sədri Bəhram İsmayıl Xocalı soyqırımındakı itkilərimizi və soyqırım haqqında düşüncələrini qısaca açıqlayaraq, məruzə üçün sözü "Pressklub"un aparıcısı Kamran Həsənliyə verib.
Geniş məruzə ilə çıxış edən Kamran Həsənli Xocalı soyqırımını daha çox hərbi faciə kimi səciyyələndirib.
Kamran Həsənli baş verən soyqırımda Rusiyanın rolunu xüsusi olaraq qeyd edib və bu soyqırımdan içimizə qapanmayaraq, ciddi nəticələr çıxarılmalı oldugunun vacibliyuni vurğulayıb.
Növbəti məruzə ilə "Xocalı İctimai Birliyi"nin sədri Səriyyə Müslümqızı çıxış edib.
Səriyyə Müslümqızı Xocalı soyqırımında Rusiyanın, xüsusən 366-cı alayının 51 zabit-gizirinin rolundan danışıb.
Hadisələrin birbaşa iştirakçısı olan Səriyyə xanım baş verən soyqırımın detallarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Növbəti məruzə üçün söz " Türküstan" saytının baş redaktoru Aqil Camala verilib. Özündən əvvəlki məruzələrə münasibət bildirən Aqil Camal baş verən soyqırımda erməni faktorunun kiçildilməsinin zərərli olduğunu vurğulayıb və Xocalı soyqırımını erməniliyə qarşı ideoloji savaşda çox ciddi faktor adlandırıb. O, istər Türkiyəyə, istər Azərbaycana qarşı zaman-zaman yersiz və haqsız iddialarda bulunan ermənilərin rusların arxasında gizləndiyini vurğulayıb.
Çıxış üçün söz alan AXP sədri Pənah Hüseyn Xocalı soyqırımına həsr olunan dövlət tədbirlərinin hətta 44 günlük savaşdan sonra da Bakıda keçirilməsindən təəssüfünü bildirib və bu tədbirlərin artıq Xocalıda keçirilməsinin vacibliyini qeyd edib.
P.Hüseyn Azərbaycan dövlətinin Xocalı soyqırımı ilə bağlı qanun qəbul etməli olduğunun zəruriyilini də bildirib.
Sonra çıxış edən DDP sədri Əli Mustafa, Milli İstiqlal Partiyasından Vidadi Bəşirov, tarixçi-alim, ABP İH-nin üzvü Gülşən Məmmədoğlu, TQTK sədri İbrahim Xəlil Balayoğulları bəy və başqaları Xocalı soyqırımı və çıxarmalı olduğumuz nəticələr haqda danışıblar.
Sonda ABP adından bir sıra təkliflərin hazırlanıb hökümətə təklif edilməsi ilə bağlı qərar verilib.
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya