Saat:11:31
Haqqımızda

Abidənin yanındakı həmin tikili söküldü - Foto

2023-05-31 09:46:00

Abidənin yanındakı həmin tikili söküldü - Foto

Bir neçə gün öncə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 4300 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparıldığı aşkar olunub.

Hurriyyet.az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən abidənin mühafizə zonasında aparılan qanunsuz tikinti işləri ilə bağlı qanuna müvafiq tədbirlər həyata keçirilir. Artıq qanunsuz olaraq tikilən hasar sökülüb.

Tarixi abidənin mühafizə zonasında tikinti işlərinin qarşısının alınması və yenidən təkrarlanmaması üçün aidiyyəti dövlət orqanlarına da müraciət olunub.

Abidənin mühafizəsinin gücləndirilməsi istiqamətində tədbirlər görülür. (qafqazinfo)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR