Abel Məhərrəmovdan AMEA-dakı dəyişikliyə münasibət: - “Məni üzrlü sayın"

2022-07-29 17:06:00

Abel Məhərrəmovdan AMEA-dakı dəyişikliyə münasibət: - “Məni üzrlü sayın

Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Hurriyyet.az xəbər verir ki, fərmanla Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. Sənədə əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib. Nazirliyin yanında aşağıdakı Agentliklər yaradılıb:
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi;
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.
Sənədlə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib..

"Sherg.az" dəyişikliyə münasibət öyrənmək üçün BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmovla əlaqə saxlayıb. Lakin A.Məhərrəmov mövzuyla bağlı danışmaq istəmədiyini bildirib:
" Hazırda Azərbaycanda deyiləm, şəhərdən kənardayam. Məni üzrlü sayın".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058823