Abdullahiyan Moskvaya səfər edəcəkmi? Ötən dəfə Çavuşoğlunun dəvətini qəbul edib Lavrovla görüşü təxirə salmışdı

2023-02-03 19:41:00

Abdullahiyan Moskvaya səfər edəcəkmi? Ötən dəfə Çavuşoğlunun dəvətini qəbul edib Lavrovla görüşü təxirə salmışdı

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanın Rusiyaya təxirə salınmış işgüzar səfəri üçün yeni tarix hələ müəyyənləşdirilməyib. Bu barədə açıqlamanı RF XİN-in ikinci Asiya departamentinin rəhbəri Zamir Kabulov verib. O, iranlı diplomatın səfərinin ləğv edilmədiyini, sadəcə təxirə salındığını söyləyib. Kabulov Abdullahiyanın səfərinin gözlənildiyini, lakin hələ Tehrandan səfərin taxiri ilə bağlı konkret cavab verilmədiyini deyib.

Xəbər verdiyimiz kimi, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanın Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə yanvarın 17-də Moskvada baş tutması nəzərdə tutulan görüşü təxirə salınmış, iranlı diplomat Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Ankaraya yollanmışdı. Yanvarın 30-da RF XİN görüşün vaxtının dəqiqləşdirilməsi ilə bağlı müzakirələr aparıldığını açıqlamışdı.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.248476