Abdullahiyan Moskvaya səfər edəcək

2022-08-29 22:46:00

Abdullahiyan Moskvaya səfər edəcək

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan avqustun 31-də Rusiyaya işgüzar səfər edəcək. Bu barədə açıqlama RF XİN-in rəsmi saytında verilib.

Açıqlamada Adullahiyanın 31 avqust tarixində rusiyalı həmkarı Sergey Lavrov ilə görüşəcəyi, ikitərəfli məsələləri müzakirə edəcəyi xəbər verilir.

Nazirlik bildirib: “İranın nüvə proqramı, Ukrayna, Suriya, Əfqanıstan, Cənubi Qafqaz və Xəzər dənizi ətrafındakı vəziyyət də daxil olmaqla, bir sıra aktual beynəlxalq məsələlərlə bağlı maraqlı fikir müadiləsi aparılacağı gözlənilir”.

Bundan başqa, nazirlər iki ölkə arasında ticari-iqtisadi münasibətləri, energetika və nəqliyyat sahəsində birgə layihələri, elmi-texniki və humanitar-mədəni əlaqələri müzakirə eləməyi planlaşdırırlar.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058098