Abdullahiyan Lavrovla görüşəcək
2023-03-23 17:12:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiyaya səfərə hazırlaşır. O, gələn həftə Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Görüş zamanı İranla nüvə müqaviləsinin bərpası, Xəzər regionu məsələlərinin, Suriya, Əfqanıstan, Cənubi Qafqazdakı vəziyyətin, Səudiyyə Ərəbistanı ilə İran arasındakı barışığın və RF-İran birgə layihələrinin müzakirə ediləcəyi bildirilir.
Bu barədə məlumatı RF XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova verib.
Hürr Tərcüman