Saat:15:44
Haqqımızda

Abdullahiyan Çavuşoğlunun dəvətini qəbul etdi - Lavrovla görüş təxirə salındı

2023-01-17 11:10:00

Abdullahiyan Çavuşoğlunun dəvətini qəbul etdi - Lavrovla görüş təxirə salındı

Hurriyyet.az IRNA agentliyinə istinadla xəbər verir ki, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Türkiyəyə səfər edəcək. Səfər barəsində əlavə məlumat verilmir.

Xəbər verdiyimiz kimi, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə İranın Xarici İşlər naziri Əmir Abdullahiyanın bu gün Moskvada baş tutması nəzərdə tutulan görüşü təxirə salınıb. Rusiya XİN-in bununla bağlı açıqlamasında deyilir ki, “tərəflərin qarşılıqlı razılığı ilə görüş daha sonrakı tarixə qədər təxirə salınıb”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR