ABDİN FƏRZƏLİYEV NƏRİMANOVDAKI ÜSUL - İDARƏÇİLİYİ ABŞERONA DAŞIYIB: RÜŞVƏT, TİKİNTİ BİZNESİ VƏ…

2022-08-28 00:08:00

ABDİN FƏRZƏLİYEV NƏRİMANOVDAKI ÜSUL - İDARƏÇİLİYİ ABŞERONA DAŞIYIB: RÜŞVƏT, TİKİNTİ BİZNESİ VƏ…

Abşeron rayonuna yeni icra başçısı təyinatı köklü dəyişikliklər gətirmədi. Hazırkı icra başçısı Abdin Fərzəliyev Nərimanov rayonundan gətirdiyi üsul – idarəçiliyi davam etdirir, Abşeron rayonunda tətbiq edir. Bircə oradakı sabiq müavini Şahmar İbadov çatışmır ki, bu tandem yerini tutsun, hər istədiyi qanunsuzluğa imza atsın.

Gah yaşıllıq salınması, gah şəhid evinin olduğu küçəyə asfalt döşəməsi xəbərləri ilə gündəmə gələn, görülən bu kiçik işləri gözə soxaraq reklam edən A. Fərzəliyev, əslində qol qoyduğu özbaşınalıqları malalamağa, ört-basdır etməyə çalışır. İcra başçısı fikirləşir ki, yuxarıların, mətbuatın bu yolla xoşuna gələcək. Amma Abşeron rayonunda tikinti alverindən tutmuş torpaq satmağa qədər bütün rüşvətxorluq sistemini qüvvədə saxlayan icra başçısı keçmiş həmkarı İradə Gülməmmədovanın qoyub getdiyi qaydaları dəyişməyib. Sadəcə, dəyişən rəqəmlər, rüşvətin qiymətidir. Habelə, ötən müddətdə KİV-də yayımlanan xəbərlər də neqativ tondadır və məlum olur ki, icra başçısı hər hansı ciddi islahat aparmayıb. Misal üçün Abşeron rayonu, Xırdalan şəhərində “Köhnə statistika” adlandırılan ərazidə məskunlaşan məcburi köçkünlər
binadan çıxarılıb, yaşadıqları tikili və ərazi rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən “SAS 2015” MTK şirkətinə satılıb.
Başqa bir xəbərdə deyilir ki, Masazır və digər ərazilərdə torpaq satışı da, ev tikintisi rüşvət alınması da necə var davam edir. Sadəcə, indi 3 min yox, 5 min rüşvət tələb olunur.

Abdin Fərzəliyevin sahibkarlara qarşı olan tələbi rayonun idarə və müəssisələrinə də tətbiq olunmaqdadır. Son günlər rayonda məktəb direktorlarının vəzifələrindən heç bir səbəb olmadan çıxarılması və yeniləri ilə əvəzlənməsi Abdin müəllimin “alverinə” xeyli müsbət təsir göstərib.

təyin ediləndə ilk işdən çıxaracağı icra nümyəndələrindən birinin məhz Şahlar Həsənov olacağı deyilirdi. Ancaq başçı bir çox icra nümayəndəsi ilə vidalaşsa da, Şahlar Həsənov kreslosunda qalmaqda və köhnə “işini” davam etdirməkdədir.
Məlumata görə, Şahlar Həsənovun Masazır icra nümayəndəsi vəzifəsində başçının marağı var. Çünki bütün qara işləri ona gördürür. Ümumiyyətlə, Fərzəliyevin Abşeron sərgüzəştləri haqda onlarla məlumat var. Biz yalnız bir qismini açıqlayırıq, mövzunu davam etdirəcəyik. İH-nin mövqeyini dərc etməyə hazırıq.//TİA.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057305