Saat:06:12
Haqqımızda

Abdin Fərzəliyev Abşeronda ixtisarlara başladı: Bəzi məmurlar vəzifəsini itirdi

2022-01-28 19:59:00

Abdin Fərzəliyev Abşeronda ixtisarlara başladı: Bəzi məmurlar vəzifəsini itirdi

Bir neçə gün öncə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Abdin Fərzəliyev artıq kadr ixtisarlarına başlayıb.

Abdin Fərzəliyev qəsəbə icra nümayəndələrinin izahatını alaraq, onlara yaxşı işləməyi tapşırıb.

İcra başçısının həmçinin Saray və Masazır qəsəbə icra nümayəndələrini işdən azad etdiyi bildirilib.

Mənbənin məlumatına görə, Abdin Fərzəliyev Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Quliyevi də vəzifəsindən azad edib.

Yeni başçının əmri ilə İlkin Əsədov ümumi şöbəyə (sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi) müdir təyin olunub.

 

Mənbə: Konkret.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR